Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb” | DEFAKTO.AZ Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb” – DEFAKTO.AZ

Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”

17




“Qarabağdakı tarixi-mədəni abidələrdə 2020-ci ildən başlayaraq, eləcə də 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərindən sonra Dövlət Xidmətinin əməkdaşları tərəfindən monitorinqlər aparılıb”.

Bunu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva DEFAKTO.az-nın müvafiq sualına cavabında deyib.

Xidmət rəisi bildirib ki, siyahıda olan 705 abidədən yalnız 163-də hələlik monitorinq aparılmayıb:

“Bu da onların yerləşdiyi ərazilərə görədir. Çünki həm relyef baxımından, həm də digər təhlükəsizlik məsələlərinə görə orada hələ ki monitorinq aparmaq mümkün deyil”.

Səbinə Hacıyevanın sözlərinə görə, 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərindən sonra bir çox tarixi-mədəni abidələrdə olduğu kimi, Amaras monastırında da monitorinq aparılıb.