Prezident yoxlamaların dayandırılması haqqında dəyişikliyi təsdiq etdi | DEFAKTO.AZ Prezident yoxlamaların dayandırılması haqqında dəyişikliyi təsdiq etdi – DEFAKTO.AZ

Prezident yoxlamaların dayandırılması haqqında dəyişikliyi təsdiq etdi

80

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununda dəyişikliyi təsdiq edib.

Defakto.az xəbər verir ki, dəyişikliyə görə, qanunun 1-ci maddəsindəki  “2021” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilib;

Aşağıdakı məzmunda 2.1-1-ci maddə əlavə edilib:

“2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.”.

Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

1.1. Qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, sahibkarların maraqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini 8 (səkkiz) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

1.2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir