“Çelsi”yə son dəqiqə şoku – VİDEO | DEFAKTO.AZ “Çelsi”yə son dəqiqə şoku – VİDEO – DEFAKTO.AZ

“Çelsi”yə son dəqiqə şoku – VİDEO

64


İngiltərə Premyer Liqasında XXVIII turun oyunları keçirilir.

DEFAKTO.az xəbər verir ki, “Çelsi” öz meydanında “Everton”la qarşılaşıb və heç-heçəyə razılaşıb – 2:2.

Londonlular 52-ci dəqiqədə Joau Felikslə hesabı açıblar. 69-cu dəqiqədə Abdullaye  Dukure bərabərlik toöunu vurub. 7 dəqiqə sonra Kay Haverts penaltidən fərqlənməklə yenidən “Çelsi”ni hesabda önə keçirib. Lakin 89-cu dəqiqədə Ellis Sims “Everton”a 1 xal qazandıran qolu vurub.

Hazırda 38 xalı olan “Çelsi” 10-cu pillədədir. “Everton” isə 26 xalla 15-cidir. Mersisayd klubunu enmə zonasından cəmi 2 xal ayırır.