Bərdədə ağır qəza: Biri altı yaşlı uşaq olmaqla, səkkiz nəfər yaralandı | DEFAKTO.AZ Bərdədə ağır qəza: Biri altı yaşlı uşaq olmaqla, səkkiz nəfər yaralandı – DEFAKTO.AZ

Bərdədə ağır qəza: Biri altı yaşlı uşaq olmaqla, səkkiz nəfər yaralandı

637

Bərdə rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı biri altı yaşlı uşaq olmaqla səkkiz nəfər xəsarət alıb.

Hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “VAZ 2115” markalı digər nəqliyyat vasitəsilə toqquşub.

Nəticədə avtomobillərdə olan sürücü və sərnişinlər xəsarət alıb. Sərnişinlərin arasında 6 yaşlı uşaq da var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları və təcili tibbi yardım əməkdaşları çağırılıb.

Yaralılar Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb, yaralıların və sürücülərin kimliyi araşdırılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir