Sabunçudakı mağaza və evlərdən oğurluq edən şəxs TUTULDU | DEFAKTO.AZ Sabunçudakı mağaza və evlərdən oğurluq edən şəxs TUTULDU – DEFAKTO.AZ

Sabunçudakı mağaza və evlərdən oğurluq edən şəxs TUTULDU

24

Sabunçu rayonunda 2 ev, 1 həyətyanı sahə və 1 mağazadan oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, rayonda 2 evdən, 1 həyətyanı sahədən və 1 mağazadan 4450 manat pul, qızıl əşyaları, məişət avadanlıqları və 800 manat dəyərində tütün məmulatlarının qeyri-aşkar şəraitdə talanması ilə bağlı polisə məlumatlar daxil olub. 

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Sahil Mahmudov saxlanılıb.

Araşdırma aparılır.