“Qarabağ” Avroliqada son ev matçını Bakıda keçirməyəcək | DEFAKTO.AZ “Qarabağ” Avroliqada son ev matçını Bakıda keçirməyəcək – DEFAKTO.AZ

“Qarabağ” Avroliqada son ev matçını Bakıda keçirməyəcək

80

Avropa Liqasının V turunda keçiriləcək “Qarabağ” – “Makkabi” (İsrail) matçının yeri müəyyənləşib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan çempionunun bu oyunu da Türkiyədə baş tutacaq.

UEFA dekabrın 3-dəki görüşün İstanbulda keçirilməsini qərara alıb. Qrupda “Vilyarreal” (İspaniya) və “Sivasspor”u (Türkiyə) “Başakşəhər Fatih Terim” stadionunda qəbul edən Qurban Qurbanovun yetirmələri Təl-Əviv təmsilçisi ilə də bu arenada üz-üzə gələcək.

Qeyd edək ki, dekabrın 3-də keçiriləcək “Qarabağ” – “Makkabi” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir