Millimizin Millətlər Liqasında növbəti çətin sınağı – AFİŞA | DEFAKTO.AZ Millimizin Millətlər Liqasında növbəti çətin sınağı – AFİŞA – DEFAKTO.AZ

Millimizin Millətlər Liqasında növbəti çətin sınağı – AFİŞA

150

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Defakto.az xəbər verir ki, yığmamız Millətlər Liqasında IV turun matçına çıxacaq.

Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Monteneqro ilə görüşəcək. 

Qeyd edək ki, Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Lalyak-İliç” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq. 

Qrupumuzun digər oyununda Kipr yığması doğma meydanda Luksemburqla qarşılaşacaq. 

Bu tura qədər Lüksemburq 9 xalla qrup lideridir. Monteneqro da eyni xala malikdir və qrupda ikinci yerdə qərarlaşıb. Azərbaycan 4 xalla üçüncü, Kipr yığması isə 1 xalla sonuncudur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir