Azərbaycanda icra hakimiyyətində əməliyyat keçirildi: Vəzifəli şəxslər saxlanıldılar – YENİLƏNİB | DEFAKTO.AZ Azərbaycanda icra hakimiyyətində əməliyyat keçirildi: Vəzifəli şəxslər saxlanıldılar – YENİLƏNİB – DEFAKTO.AZ

Azərbaycanda icra hakimiyyətində əməliyyat keçirildi: Vəzifəli şəxslər saxlanıldılar – YENİLƏNİB

37

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi əməliyyatlar zamanı saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

DEFAKTO.az xəbər verir ki, əməliyyat zamanı onunla yanaşı İH-nin bir neçə nəfər vəzifəli şəxsi də saxlanılıb.

15:56

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində bəzi vəzifəli şəxslər saxlanılıblar.

Baş Prokurorluğun mətbuat xidmətindən DEFAKTO.az-nın sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.