Arzuman Abdulkərimov Qazaxda aztəminatlı ailələrə dəstək oldu — FOTO | DEFAKTO.AZ Arzuman Abdulkərimov Qazaxda aztəminatlı ailələrə dəstək oldu — FOTO – DEFAKTO.AZ

Arzuman Abdulkərimov Qazaxda aztəminatlı ailələrə dəstək oldu — FOTO

1376

Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq, koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin və “Qazax” Xeyriyyə İctimai Birliyinin aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Qazaxda başlatdığı xeyriyyə kampaniyasına qoşulanların sayı getdikcə artır.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədr müavini, “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov da özündə birliyi, həmrəliyi əks etdirən bu nəcib təşəbbüsə qoşulub.

Ürəyi hər zaman doğma el-obası ilə döyünən, çətin anlarda həmyerlilərinin yanında olan A.Abdulkərimov bu dəfə də onları tək qoymayıb. O, da bir neçə gündür ki,ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarı altında Qazaxda davam edən aksiyaya dəstək olmaqla, rayonda qayğıya ehtiyacı olan ailələrin yanında olub.


A.Abdulkərimov qeyd edib ki, ölkə rəhbərinin “Biz birlikdə güclüyük!” çağırışı əsasında istər Qazax Rayon İcra Hakimiyyətinin, istərsə də “Qazax” Xeyriyyə İctimai Birliyinin başladığı xeyriyyə kampaniyası bir daha sübut etdi ki, Azərbaycanda hər zaman birlik, həmrəylik, xeyirxahlıq kimi amillər mövcud olub və bundan sonra da olacaq. Bu günə kimi, təkcə Qazaxda 5 mindən artıq aztəminatlı ailəyə dəstək olunması onu göstərdi ki, dövlət və ölkə rəhbəri hər zaman öz vətəndaşının yanındadır. Dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışına dəstək olanların sayının gündən-günə artması isə yenə də ölkəmizdəki birlikdən, həmrəylikdən xəbər verir. Bu birliyin, gücün arxasında da ölkə başçısının düzgün qərarları və atdığı qətiyyətli addımlar dayanır.


“Gənc Könüllülər”in iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyasında 50 aztəminatlı ailəyəərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.


Onlara göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildirən sakinlər bu xeyirxah təşəbbüsü yüksək qiymətləndiriblər. Sakinlər dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq bu çətin günlərdə onların yanında olub, qayğı göstərdiyinə görə Arzuman Abdulkərimova dərin təşəkkürlərini çatdırıblar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir