Milli mətbuatın 145 illiyi yeni qaydada keçiriləcək | DEFAKTO.AZ Milli mətbuatın 145 illiyi yeni qaydada keçiriləcək – DEFAKTO.AZ

Milli mətbuatın 145 illiyi yeni qaydada keçiriləcək

1401

Azərbaycan milli mətbuatının 145 illik yubileyi tədbirləri koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla keçiriləcək.
Bu, Prezident İlham Əliyevin iyunun 30-da imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncamda öz əksini tapıb.
Prezident Administrasiyasına (PA) koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir