“Füzuliyə gedən kimi atamın qəbrini ziyarət edəcəm” – Manaf Ağayev | DEFAKTO.AZ “Füzuliyə gedən kimi atamın qəbrini ziyarət edəcəm” – Manaf Ağayev – DEFAKTO.AZ

“Füzuliyə gedən kimi atamın qəbrini ziyarət edəcəm” – Manaf Ağayev

130

Bu gün Prezident İlham Əliyevin Füzuli şəhərinin işğaldan azad olunması haqqında verdiyi xəbər, xüsusilə də Füzulidən olan məşhurların sevincinə səbəb olub.

Defakto.az xəbər verir ki, onlar sevinclərini aşağıdakı kimi ifadə edib.

Gitara ustası Rəhman Məmmədli deyib ki, ən böyük arzusu ölmədən qələbə xəbəri eşitmək idi.

“Allaha şükürlər olsun, Füzulinin qələbə xəbərini prezidentimiz bizlərə çatdırdı. Füzuliyə gedəndə ilk olaraq Ruhani havasını çalacam”.

Müğənni Manaf Ağayev isə kövrələk bunları söyləyib: “İndi bilmirəm hansı hissləri keçirirəm. Füzuli işğal ediləndə atam rəhmətə getdi. Elə atamı oradaca dəfn elədik. Ondan sonra atamın qəbrini ziyarət edə bilmədik.

O doğma torpağa ayaq basan kimi, gedib ziyarət edəcəm”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir