Gəncəyə atılan raket Əməkdar artistin bacısının da evini dağıdıb | DEFAKTO.AZ Gəncəyə atılan raket Əməkdar artistin bacısının da evini dağıdıb – DEFAKTO.AZ

Gəncəyə atılan raket Əməkdar artistin bacısının da evini dağıdıb

126

Xəbər verdiyimiz kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu bu gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.
Defakto.az xəbər verir ki, hadisə zamanı Əməkdar artist Aybəniz Haşımovanın bacısı Rənanın evi də dağılıb.
Sənətçinin yaxınları Big.az-a açıqlamasında məlumatı təsdiq edib:
“Mənfur ermənilərin Gəncəyə atdığı atəş nəticəsində Aybəniz xanımın bacısının evi də dağılıb. Pəncərələr çilik-çilikdir. Amma şükür özlərinə heç nə olmayıb”.
Qeyd edək ki, bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin meyiti çıxarılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir