Daha altı şəhər və dörd rayonda həftəsonları ictimai nəqliyyat işləməyəcək | DEFAKTO.AZ Daha altı şəhər və dörd rayonda həftəsonları ictimai nəqliyyat işləməyəcək – DEFAKTO.AZ

Daha altı şəhər və dörd rayonda həftəsonları ictimai nəqliyyat işləməyəcək

102

Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib. 

Defakto.az xəbər verir ki, qərara əsasən, bəzi şəhər və rayonlarda xüsusi karantin rejimində əlavə şərt müəyyənləşib.

Beləliklə, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.  




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir