Bakıda avtomobil 9 yaşlı uşağı vurdu | DEFAKTO.AZ Bakıda avtomobil 9 yaşlı uşağı vurdu – DEFAKTO.AZ

Bakıda avtomobil 9 yaşlı uşağı vurdu

1376

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Valideyni ilə yolu keçən 2011-ci il təvəllüdlü Abbasov Cavanşir Abbas oğlu qəfil anasından ayrılaraq avtomobillərin hərəkət etdiyi istiqamətə qaçıb. Bu zaman hərəkətdə olan “VAZ-2107” markalı, 90-ZP-681 dövlət seriya nişanlı avtomobil 11 yaşlı uşağı vurub. Müxtəlif bədən xəsarətləri alan C.Abbasov təcili yardımın köməliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir