“Sevgi insanı sağaldır və həyata qaytarır, qoy bu neyrobiologiya dərsliklərində yazılsın…” | DEFAKTO.AZ “Sevgi insanı sağaldır və həyata qaytarır, qoy bu neyrobiologiya dərsliklərində yazılsın…” – DEFAKTO.AZ

“Sevgi insanı sağaldır və həyata qaytarır, qoy bu neyrobiologiya dərsliklərində yazılsın…”

143

Sevgi haqqında yazı…
Navalnı sağaldı və ilk yazısı  görün nədən oldu…
“Yulia ilə 26 Avqustda  toyumuzun 20 ili tamam oldu, amma sevinirəm ki,  bu yubileyi həmin gün qeyd etmək imkanında olmadım və  sevgi haqqında bir ay əvvəlkindən daha çox  bildiyim zaman – bu gün yaza bilərəm.Əlbəttə ki, bunu yüz dəfə filmlərdə görmüsünüz və kitablarda oxumusunuz: sevən biri komada yatır, digəri onu sevgisi və aramsız qayğısı ilə həyata qaytarır. Biz də belə davranırdıq. Sevgi və koma haqqında klassik filmlərin süjetinə  görə. Mən yatdım, yatdım və yatdım. Julia gəlirdi, mənimlə danışırdı, mənə mahnı oxuyurdu, musiqi səsləndirirdi. Yalan deməyəcəm- heç nə xatırlamıram.Amma, dəqiq xatırladığımı sizə danışacam. Daha doğrusu, buna çətin ki, “yaddaş” deyilə bilər, əksinə  bu, ilk hiss və duyğuların məcmusudur.  Ancaq, bu  mənim üçün o qədər vacib idi ki, sonsuza qədər beynimdə möhürləndi. Mən uzanmışam. Artıq  məni komadan çıxarıblar, amma heç kimi tanımıram, nə baş verdiyini anlamıram. Danışmıram və nə deyəcəyimi bilmirəm. Həm də bütün vaxt ötürməyim ONUN gəlməsini gözləməkdir. Kimdi O, aydın deyil. O necə görünü, onu da bilmirəm.  Diqqətli bir baxışla bir şey düzəltməyi bacarsam da, mənzərəni sadəcə xatırlaya bilmirəm. Ancaq O fərqlidir, mən bunu başa düşürəm, ona görə bütün günü uzanır və Onu gözləyirəm.  O gəlir və  palatanın yiyəsi olur. Yastığımı çox rahat şəkildə düzəldir. Sakit, yazığı gəlirmiş kimi bir  durumu yoxdur. Şən danışır və gülür. Mənə nələrsə deyir. O yanımda olanda, səfeh halüsinasiyalar geri çəkilir. Onunla çox yaxşıdır. Sonra o gedir, kədərlənirəm və yenidən onu gözləməyə başlayıram.Bunun bir elmi izahının olduğuna bir saniyə də şübhə etmirəm. Həyat yoldaşımın səs tembrini tutdum, beynim dopamin ifraz etdi, mənim üçün daha asan oldu. Hər ziyarət tam mənasında müalicə idi və gözləmə təsiri dopamin mükafatını artırırdı. Ancaq nə qədər klassik elmi və tibbi izahatlar səslənsə də, indi öz təcrübəmdən dəqiq bilirəm: sevgi insanı sağaldır və həyata qaytarır. Yulia, məni xilas etdin və qoy  bu neyrobiologiya dərsliklərində yazılsın”.
Tərcümə: İlham İsmayıl




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir