Düyərli kəndinin asfalta həsrət yolları – VİDEO | DEFAKTO.AZ Düyərli kəndinin asfalta həsrət yolları – VİDEO – DEFAKTO.AZ

Düyərli kəndinin asfalta həsrət yolları – VİDEO

39

Sovet dövründən etibarən Tərtərin Düyərli kəndinin yolları asfalt üzünə həsrət qalıb. 

Kənd sakinləri deyir ki, rayonun bütün yaşayış məntəqələrinə, eləcə də qonşu kəndlərin yollarına asfalt örtüyü çəkilsə də, Düyərli kəndi bu qayğıdan məhrum olub. 

Kənd sakini İldırım Əliyev bildirib ki, kənd sakinləri ildə bir dəfə pul yığıb yola daş tökdürürlər. 

“Kimsə vəfat edəndə onu qəbiristanlığa dəfn etməyə maşınla apara bilmirik. Məcbur olub cənazəni ora qədər çiynimizdə aparırıq” – deyə, o bildirib.