“WhatsApp”da yeni funksiya: Bunu etsəniz, heç kim mesajlarınızı oxuya bilməyəcək | DEFAKTO.AZ “WhatsApp”da yeni funksiya: Bunu etsəniz, heç kim mesajlarınızı oxuya bilməyəcək – DEFAKTO.AZ

“WhatsApp”da yeni funksiya: Bunu etsəniz, heç kim mesajlarınızı oxuya bilməyəcək

12

“WhatsApp” təhlükəsizliyi təmin etmək üçün yeni funksiya üzərində çalışır.

Defakto.az xəbər verir ki, “WhatsApp” təhlükəsizliyi iki dəfə artırmaq üçün araşdırmaya başlayıb.

Belə ki, təhlükəsizliyi iki qat artırmaq istəyən “WhatsApp” müvafiq olaraq, ikinci doğrulama kodu əlavə edilməklə platformada təhlükəsizliyi təmin edəcək.

“WABetaİnfo” tərəfindən aşkar edilən funksiyaya görə, başqa smartfondan “WhatsApp” hesabınıza daxil olmağa cəhd etdiyiniz zaman doğrulama koduna bir addım əlavə olunacaq. “İkiqat doğrulama kodu” adlanan bu funksiyanın inkişafı üzərində iş aparılır. Bu xüsusiyyət ilə Meta-ya məxsus “WhatsApp” daha da təhlükəsiz bir məkana çevriləcək.

Bundan sonra, ilk doğrulama kodunu daxil etdiyiniz zaman sizdən telefonunuza ikinci 6 rəqəmli kodu daxil etməyiniz xahiş olunacaq. “WhatsApp” bu kodu yenidən telefonunuza göndərəcək. Açılan pəncərə şəklində bu ikinci kod sahəsinə daxil olduqda “WhatsApp”a daxil ola biləcəksiniz.

Qeyd edək ki, ikiqat doğrulama kodunun hər kəs üçün nə vaxt əlçatan olacağı hələ məlum deyil. Hələ inkişaf mərhələsində olan funksiyanın hətta beta istifadəçilərinə də çatması üçün vaxt lazımdır. Xüsusiyyətin həm Android, həm də iOS-a eyni vaxtda gələcəyi mütləq hesab olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.