Sabah havanın temperaturu 37 dərəcəyədək artacaq | DEFAKTO.AZ Sabah havanın temperaturu 37 dərəcəyədək artacaq – DEFAKTO.AZ

Sabah havanın temperaturu 37 dərəcəyədək artacaq

216

Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45% olacaq.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir