Deputatlardan hərbçilərin pensiya məsələsi ilə bağlı çağırışlar | DEFAKTO.AZ Deputatlardan hərbçilərin pensiya məsələsi ilə bağlı çağırışlar – DEFAKTO.AZ

Deputatlardan hərbçilərin pensiya məsələsi ilə bağlı çağırışlar

78

Milli Məclisin iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Komitə sədri Əli Hüszeynli layihənin ötən oxunuşlarının nəticələri barədə məlumat verdi.

Deputat Fəzail Ağamalı bildirdi ki, qanunun bir maddəsi pensiyaya çıxmış hərbçilərdə narazılıq doğurur və bununla əlaqədar kifayət qədər arqumentlər gətirirlər. F.Ağamalı bu müddəanın keçmiş hərbçilərə tətbiq edilməməsi variantının mümkün olub-olmadığı barədə sual etdi. Həmçinin təklif etdi ki, silahlı qüvvələrin pensiya təminatı barədə ayrıca qanun layihəsinin işlənib-hazırlanmasına, qəbul edilməsinə ehtiyac var.

Deputat müharibə veteranlarına verilən pensiyanın həcminə də toxundu: “Bu, kifayət qədər azdır. 80 manatdır. Söhbət həqiqi veteranlardan, döyüşdə olan həqiqi veteranlardan gedir. Onlara minimum istehlak səbəbinin miqdarına, 202 manata çatdırılması çox ədalətli olmalıdır.

Deputat Asim Mollazadə də həmkarı ilə razılaşaraq bildirdi ki, biz hər bir hərbçinin narahatlığına həssas yanaşmalıyıq.

Spiker S.Qafarova komitə sədri Musa Quliyevə xitabən burada səslənən fikirlərlə bağlı deputatlarla işçi qaydada görüşməyi, müzakirələr aparmağı xahiş etdi.

Komitə sədri dedi ki, əslində bu, yeni məsələ deyil. Bununla yanaşı, M.Quliyev həmkarı Vahid Əhmədovun təklifinə reaksiyasında istənilən vaxt deputatların və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birgə dinləmələr, müzakirələr təşkil etməyə hazır olduqlarını bildirdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir