“Əjdər Ol şəhid ailələri üçün tikilən mənzillərin satınalınmasından 262 760 manat mənimsəyib” – İttiham aktı | DEFAKTO.AZ “Əjdər Ol şəhid ailələri üçün tikilən mənzillərin satınalınmasından 262 760 manat mənimsəyib” – İttiham aktı – DEFAKTO.AZ

“Əjdər Ol şəhid ailələri üçün tikilən mənzillərin satınalınmasından 262 760 manat mənimsəyib” – İttiham aktı

76

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) ittiham aktında onun əlil və şəhid ailələri üçün tikilən mənzillərin satınalınmasından pul vəsaitləri əldə etdyi məlum olub.
“DEFAKTO.az”un əldə etdiyi məlumata görə, cinayət materiallarında qeyd edilib ki, o, nazirliyin Aparat rəhbəri vəzifəsində çalışan zaman qeyrisi ilə və başqa şəxslərlə qabaqcadan əlbir olub.
Belə ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Gəncə və Mingəçevir şəhərlərində mənzillərin alınması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda dövlət vəsaitlərini, yəni ona etibar olunan dövlət əmlakını mənimsəmə yolu ilə talama məqsədilə, mənzillərin alqı-satqısı zamanı satan şəxslərlə tələb etdikləri satış dəyərindən artıq vəsaitin köçürülərək həmin hissənin onlara çatdırılmasına dair razılıq əldə edib icrasını təmin edib.
İttiham aktına görə, Ə.Cəbiyev ümumilikdə həmin mənzillərin satınalınması ilə bağlı nəzərdə tutulan məbləğdən 262 760 manatdan artıq dövlət büdcəsini mənimsəyib.
Qeyd edək ki, aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Cəbiyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir