SON DƏQİQƏ! Putin razılıq verdi: 16 min muzdlu Ukraynaya gəlir | DEFAKTO.AZ SON DƏQİQƏ! Putin razılıq verdi: 16 min muzdlu Ukraynaya gəlir – DEFAKTO.AZ

SON DƏQİQƏ! Putin razılıq verdi: 16 min muzdlu Ukraynaya gəlir

269

Rusiya prezidenti Vladimir Putin Ukraynaya könüllülərin cəlb edilməsi ideyası ilə razılaşıb.

Defakto.az xəbər verir ki, bu barədə “RT” məlumat yayıb.

Rusiya Təhlükəsizlik Şurasının iclasında müdafiə naziri Sergey Şoyqu qeyd edib ki, Yaxın Şərqdən 16 mindən çox könüllü qondarma “DNR” və “LNR”-yə kömək üçün gəlməyə hazırdır.

Buna Rusiya lideri cavab verib ki, Donbass sakinlərinə könüllü olaraq kömək etmək və regiona getmək istəyənlərə yardım göstərməyi mümkün hesab edir.

Qeyd edək ki, Yaxın Şərqdən gələn könüllülər arasında suriyalıların üstünlük təşkil edəcəyi istisna deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir