Deputat Fazil Mustafa Milli Məclisin iclasında həmkarlarının nazirliklərə göndərdiyi müraciətlərin cavabsız qaldığını söyləyib.
Defakto.az xəbər verir ki, o, deputatların səlahiyyətlərinin az olduğunu vurğulayıb.
“Mən nazirliklərə çox zaman müraciət ünvanlayıram. Bir vacib məsələ ilə bağlı məlumat vermişəm ki, mənimlə əlaqə saxlanılsın. Üç aydır gözləyirəm. Müraciətlərimiz seçicilərin şikayətləri ilə bağlıdır. Bir müəllimi işdən çıxarıblar. 20 ilin müəllimidir, məcbur olub, pomidor əkməklə pul qazanır. Şagird yetişdirməli olan müəllim pomidor yetişdirir. Bizim isə müraciətlərimiz nəzərə alınmır”.