Qazinin saxlanıldığı qətl necə baş verib? | DEFAKTO.AZ Qazinin saxlanıldığı qətl necə baş verib? – DEFAKTO.AZ

Qazinin saxlanıldığı qətl necə baş verib?

65

Fevralın 13-də Bakının Binəqədi rayonunda gənclər arasında baş verən mübahisə ölümlə nəticələnib.

Rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki, 1999-cu il təvəllüdlü Yəhya Quliyev aralarında mübahisə zamanı 1998-ci il təvəllüdlü Zamiq Həşimli və 1992-ci il təvəllüdlü Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib, Eynulla İbadov xəstəxanaya aparılarkən yolda ölüb. Yəhya Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Defakto.az-ın xəbərinə görə, hadisə Yəhya Quliyevin evinin önündə baş verib. Belə ki, o, gecə saatlarında evinin qarşısında səs-küy olduğunu görüb və bundan sonra çölə çıxıb. Yəhya evinin qarşısında olan şəxslərdən gecə saatlarında səs-küy salmamalarını istəyib, bundan sonra tərəflər arasında əvvəlcə mübahisə yaranıb, daha sonra mübahisə davaya çevrilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir