Üç yaşlı Məryəmin canlı yayımda saxlanılan atası ilə bağlı – Rəsmi açıqlama | DEFAKTO.AZ Üç yaşlı Məryəmin canlı yayımda saxlanılan atası ilə bağlı – Rəsmi açıqlama – DEFAKTO.AZ

Üç yaşlı Məryəmin canlı yayımda saxlanılan atası ilə bağlı – Rəsmi açıqlama

46

Üç yaşlı Məryəm Hüseynlinin öldürülüb quyuya atılması ilə bağlı uşağın atası Taleh Allahyarov barəsində cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 133.2.4 (əzab vermə) maddələri ilə cinayət işinin istintaqı aparılır.

Əzabvermə xüsüsatı ilə bağlı uşağın atası T.Allahyarov şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, istintaq ilkin olaraq belə nəticəyə gəlib ki, 3 yaşlı qızı (2018-ci ilin sentyabrın 6-da dünyaya gəlib – red.) onun qonşusu 32 yaşlı Mansurov Mehman Malik oğlu qətlə yetirib. O, balaca qızı öldürüb quyuya atandan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb.

Hadisə ilə bağlı danışan qızın atası Taleh Allahyarov bildirib ki, o qızı Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.

Ötən gün T. Allahyarov ATV-nin “Bizimləsən” proqramında olub. Verilişdə T. Allahyarovun həyat yoldaşına göndərdiyi videogörüntülər yayımlanıb. Görüntülərdə onun qızı Məryəmin boğazına məftil keçirərək arvadına evə qayıtmayacağı təqdirdə uşağı öldürəcəyi ilə bağlı hədələdiyi görünür.

Bu görüntülərdən sonra polis əməkdaşları studiyaya gələrək T. Allahyarovu saxlayıblar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir