Aqil Abbas: “Kişi qadını incidirsə, o zaman qadın məhkəməyə, polisə getməlidir” | DEFAKTO.AZ Aqil Abbas: “Kişi qadını incidirsə, o zaman qadın məhkəməyə, polisə getməlidir” – DEFAKTO.AZ

Aqil Abbas: “Kişi qadını incidirsə, o zaman qadın məhkəməyə, polisə getməlidir”

55

Əsrlərdir bizim coğrafiyada yaşayan insanlar özlərinin ailəcanlılığı ilə seçiliblər. Azərbaycanlılar dünyada ən az boşanan xalqlardan olublar. Son illər isə ölkədə dağılan ailələrin sayı durmadan artır. Bundan da ən çox əziyyət çəkən isə uşaqlar olurlar. Bəs, cəmiyyətin özülünü təşkil edən ailə institutları niyə çökür?

Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Aqil Abbas açıqlamasında bildirib ki, Azərbaycanda ailələrinin dağılmasının bir çox səbəbləri var. O qeyd edib ki, ailələr əsasən işsizlikdən, imkansızlıqdan dağılır: 

“Bəzən ağsaqqallar, qarasaqqallar yığışır ki, bu qızı al, bu oğlana ərə get. Nəticədə bəzi vaxtlarda bu ailələr dağılır. Qeyd edim ki, Azərbaycanda kişi və qadınlar həmişə bərabərhüquqlu olub. Onlar süfrədə bərabər oturublar, hətta  qadın ərilə birlikdə müharibəyə də gedib, ot da çalıb, pambıq da yığıb”.

Deputat qeyd edib ki, əgər kişi qadınını incidirsə, o zaman qadın məhkəməyə, polisə getməlidir: “Mən şəxsən qadının döyülməsinə pis baxıram və bunu düzgün addım hesab etmirəm, çünki qadın həm zəif, həm də zərif məxluqdur”. /demokrat.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir