Vilayət Eyvazov işdən çıxardığı generala YENİ VƏZİFƏ verdi | DEFAKTO.AZ Vilayət Eyvazov işdən çıxardığı generala YENİ VƏZİFƏ verdi – DEFAKTO.AZ

Vilayət Eyvazov işdən çıxardığı generala YENİ VƏZİFƏ verdi

92

Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib.

Defakto.az DEFAKTO.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmrilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir