Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Defakto.az xəbər verir ki, məlumatda deyilir:
“Bu gün 1 nəfər erməni əsilli mülki şəxs, 24.04.1971-ci il təvəllüdlü Verdyan Armen Abrikoviç yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə daxil olub. Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq həmin şəxsi Ermənistana təhvil verib.
Qeyd edək ki, cari ilin 26 noyabr tarixində də daha bir erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılıb”.