Səhiyyə Nazirliyindən Yeni il bayramı ilə bağlı əhaliyə MÜRACİƏT | DEFAKTO.AZ Səhiyyə Nazirliyindən Yeni il bayramı ilə bağlı əhaliyə MÜRACİƏT – DEFAKTO.AZ

Səhiyyə Nazirliyindən Yeni il bayramı ilə bağlı əhaliyə MÜRACİƏT

310

Səhiyyə Nazirliyi Yeni il bayramı ilə əlaqəli əhaliyə müraciət edib.

Defakto.az “DEFAKTO.az”a istinadən xəbər verir ki, bu barədə nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bayramlarda qonaq getmə halları çox müşahidə olunur: “Bu da təmasların artması deməkdir. Novruz bayramında da qeyd etmişdim ki, qaydalara uyğun davranılsa, nəticə yaxşı olar. Yenə də bu tədbirlərə əməl edilməsini tövsiyə edirəm”.

“Nəzərə alsaq ki, ölkədə “Omikron” ştamı qeydə alınmayıb. Ona görə də bu bayramda kütləvi toplaşma yəqin ki, yoluxma sayında artıma səbəb olmayacaq. Lakin yenə də ehtiyatı əldə verməməklə lazımi qoruyucu tədbirlərə ciddi əməl etmək lazımdır”, – T.Eyvazov əlavə edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir