“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Bakıya yola düşməli olan təyyarəsinin uçuşu (J2-012 reysi) texniki səbəblərə görə gecikir.
Defakto.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq yemək və alkoqolsuz içki ilə təmin ediləcək.