İran XİN rəhbəri Azərbaycana gəlib – YENİLƏNİB | DEFAKTO.AZ İran XİN rəhbəri Azərbaycana gəlib – YENİLƏNİB – DEFAKTO.AZ

İran XİN rəhbəri Azərbaycana gəlib – YENİLƏNİB

228

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Azərbaycana səfəri başlayıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu İran XİN-in mətbuat katibi Səid Xətibzadə deyib.

S.Xətibzadənin sözlərinə görə, səfər çərçivəsində iranlı nazir Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşərək danışıqlar aparacaq.

Qeyd edək ki, nazirin səfəri çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, həmçinin regional proseslər haqda fikir mübadiləsi aparılacaq.

***11:11

Bu gün İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdollahian Azərbaycana gəlir.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı ilə birgə mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransı saat 19:00-dan sonra Azərbaycan XİN-də keçiriləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir