Makronun həyat yoldaşı haqqında cinsiyyətini dəyişmək iddiaları yayılıb | DEFAKTO.AZ Makronun həyat yoldaşı haqqında cinsiyyətini dəyişmək iddiaları yayılıb – DEFAKTO.AZ

Makronun həyat yoldaşı haqqında cinsiyyətini dəyişmək iddiaları yayılıb

246

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit onun trans olması ilə bağlı internetdə yayılan söz-söhbətlərə görə hüquq-mühafizə orqanlarına şikayət edəcək.

Defakto.az “DEFAKTO.az”a istinadən xəbər verir ki, ultrasağ siyasi qüvvələrin tərəfdarları Fransa liderinin həyat yoldaşının cinsiyyətinin dəyişdirilməsindən şübhələnib və sosial şəbəkələrdə bu mövzuda aktiv yazılar dərc etməyə başlayıb. Nəşrlər həftə ərzində paylanıb.

Xüsusilə, şayiə müəllifləri Bricit Makronun Jan-Mişel Tronye kişi adı ilə doğulduğunu iddia edirlər.

Qeyd olunur ki, Tronye prezidentin xanımının qızlıq soyadıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir