Bakı funikulyorunun fəaliyyəti bərpa edilib | DEFAKTO.AZ Bakı funikulyorunun fəaliyyəti bərpa edilib – DEFAKTO.AZ

Bakı funikulyorunun fəaliyyəti bərpa edilib

202

Bakı funikulyorunun fəaliyyəti 21 aydan sonra bərpa edilib.

Defakto.az bildirir ki, bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

“Pandemiyanın ilk günlərindən funikulyor fəaliyyətini dayandırmışdı. Bir müddətdir ki, yenidən fəaliyyətə başlayıb”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Bakı funikulyoru 2020-ci ilin mart ayından bağlı idi.

Bakı funikulyoru ilk dəfə 1960-cı ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə funikulyorun qatarları xüsusi sifarişlə Leninqrad (Sankt Peterburq) şəhərində hazırlanaraq Bakıya gətirilib. İki stansiyası olan funikulyorun stansiyalararası məsafəsi 455 metrdir. Cəmi iki vaqonu olan funikulyorda vaqonlar bir stansiyadan digərinə dörd dəqiqəyə çatır. Qatarlararası interval 10 dəqiqədir.

Funikulyorda gediş haqqı bir manatdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir