Azərbaycan Dillər Universitetində 3-cü doza vaksin məcburidir? – RƏSMİ CAVAB | DEFAKTO.AZ Azərbaycan Dillər Universitetində 3-cü doza vaksin məcburidir? – RƏSMİ CAVAB – DEFAKTO.AZ

Azərbaycan Dillər Universitetində 3-cü doza vaksin məcburidir? – RƏSMİ CAVAB

104

Sosial şəbəkələrdə Azərbaycan Dillər Universiteti (ADU) tələbələrinin məcburi şəkildə 3-cü doza koronavirus vaksinini vurdurmalarına dair tələb qoyulduğu məlumatı yayılıb. 

Məsələ ilə bağlı ADU-nun mətbuat katibi Cavid Zeynallı ilə əlaqə saxladıq. O, Defakto.az-a açıqlamasında bildirib ki, təhsil müəssisələrində üçüncü doza vaksinin vurulması məcburidir. Lakin bu məcburiyyət inzibati-pedaqoji heyətə aiddir.

Hazırda ADU-da üçüncü doza vaksinin tələbələrdən tələb olunması ilə bağlı məcburiyyət halları yoxdur. Katib qeyd edir ki, üçüncü dozanın vurulması tələbələrə tövsiyyə xarakteri daşıyır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir