Prezident İlham Əliyev: “O biabırçı halı görəndə mənim də ürəyim ağrıyır” | DEFAKTO.AZ Prezident İlham Əliyev: “O biabırçı halı görəndə mənim də ürəyim ağrıyır” – DEFAKTO.AZ

Prezident İlham Əliyev: “O biabırçı halı görəndə mənim də ürəyim ağrıyır”

60

“Bununla paralel olaraq onu da deməliyəm ki, nə üçün mən buna bu qədər fikir verirəm. Bilin, hər bir Azərbaycan vətəndaşı kimi o biabırçı halı görəndə mənim də ürəyim ağrıyır”.

Defakto.az xəbər verir ki, bu sözləri dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edərkən deyib:

“Mən də ürəyimdə deyirdim, biz buna nə qədər dözməliyik. Nə vaxta qədər bu davam edəcək. Biz hamımız yaxşı başa düşürük ki, bu elə-belə hadisə deyil. Ya təlimatlanmış hakim bunu edir, ya da ki özü hansısa fikirlər və duyğular əsasında bunu edir. Bunun başqa adı ola bilməz. Bunu görməmək mümkün deyil. Eyni zamanda bu, bizi ruhdan salmamalıdır.

Biz 28 il ərazisi işğal edilmiş ölkə kimi yaşamışıq. İyirmi səkkiz il dözüm göstərmişik, hazırlıq işləri aparmışıq, güc toplayırdıq və bu gücü topladıq, düşməni torpaqlarımızdan qovduq. Bu illər ərzində nə qədər ədalətsizliklərlə, nə qədər ikili standartlarla üzləşmişdik. Bu, bizi qətiyyən ruhdan salmadı, əksinə, məni prezident kimi daha da ruhlandırırdı, daha da əzmkar edirdi, daha qətiyyətli edirdi və bu tarixi missiyanı yerinə yetirmək üçün əlavə güc verirdi.

Əminəm, bu ədalətsizlik sizə də əlavə güc verəcək, siz növbəti oyunlara daha böyük əzm və iradə ilə çıxacaqsınız, “Qarabağ” adını, Azərbaycan futbol ictimaiyyətinin adını uca tutacaqsınız”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir