Milli Məclisdə boş qalan yerlər – Neçə dairədə seçki olacaq? | DEFAKTO.AZ Milli Məclisdə boş qalan yerlər – Neçə dairədə seçki olacaq? – DEFAKTO.AZ

Milli Məclisdə boş qalan yerlər – Neçə dairədə seçki olacaq?

48

Hazırda Azərbaycan Milli Məclisi 120 deputatla fəaliyyət göstərir.

Defakto.az-ın məlumatına görə, parlamentdə 5 deputat yeri boş olduğundan 125 seçki dairəsindən 120-si təmsil olunur.

Belə ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) nöqsanlar aşkarlanan 4 seçki dairəsinin nəticələrini ləğv edib.

Bu dairələr
33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələridir.

Ötən il avqustun 4-də Fəttah Heydərov vəfat etdiyinə görə, 116 saylı Qəbələ seçki dairəsinin də Milli Məclisdə təmsilçisi yoxdur.

Beləliklə, parlamentdə boş qalan deputat yerlərinin sayı 5-ə çatıb. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir