Kərimin oğlu Nazilə Səfərlini polisə verdi | DEFAKTO.AZ Kərimin oğlu Nazilə Səfərlini polisə verdi – DEFAKTO.AZ

Kərimin oğlu Nazilə Səfərlini polisə verdi

46

Meyxanaçı Ağakərimin (Kərim Novruzov) oğlu Kamil Novruzov şair Nazilə Səfərlidən hüquq-mühafizə orqanlarına şikayət edib.

Defakto.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Kamil Novruzovun sözlərinə görə, buna səbəb Səfərlinin ona böhtan atması olub:

“Ona cavab verməkdən yoruldum. Məni narahat edir. Ona görə 102 xidmətinə zəng etdim, məni Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə yönləndirdilər. Ərizə yazdım”.

Qeyd edək ki, daha əvvəl N.Səfərli K. Novruzovu atası Ağakərimə psixatrop iynələr vurmaqda ittiham etmişdi: “Psixatrop iynələri yazığın canına doldurursuz ki, ayılmasın, bağı 150 minə satdığınızdan xəbəri olmasın?”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir