Gələn ildən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər | DEFAKTO.AZ Gələn ildən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər – DEFAKTO.AZ

Gələn ildən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər

158

“Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər”.

Defakto.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “YAŞAT” Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bununla bağlı Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsi ilə birgə proqram hazırlanır və yaxın vaxtlarda elan olunacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir