Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
DEFAKTO.az-ın məlumatına görə, Faiq Qürbətov bu təyinatadək İctimai Televiziyada Aparat rəhbəri vəzifəsində çalışırdı. O, həmin vəzifəyə 2018-ci ilin iyununda gətirilmişdi.
O, daha əvvəl isə Azərbaycan Gənclər Fondu Aparatının rəhbəri kimi fəaliyyət göstərib.
2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Previous PostBir səhvə görə vəzifəsini itirən məmurlar - FOTO
Next PostMəmurlara toy tutan Aysel Teymurzadə