Qənirə Paşayeva Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin Tovuz rayon şöbəsinin sədri ilə görüşüb | DEFAKTO.AZ Qənirə Paşayeva Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin Tovuz rayon şöbəsinin sədri ilə görüşüb – DEFAKTO.AZ

Qənirə Paşayeva Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin Tovuz rayon şöbəsinin sədri ilə görüşüb

76

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin (QMƏVŞAİB) Tovuz rayon şöbəsinin sədri Əli Əliyevlə görüşüb. 

Q.Paşayeva QMƏVŞAİB Tovuz rayon şöbəsinin sədri Əli Əliyevlə görüşün  Laçının düşmən işğalından azad olunmasının birinci ildönümü gününə təvafüq etməsinin çox anlamlı olduğunu bildirib: “Siz sərhəd rayonu olan Tovuzdan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi, gənclərin orduya yola salınması, habelə şəhid ailələri, yaralı qazilərlə iş sahəsində yaddaqalan işlər görmüsüz. Sizə nəcib layihələriniz üçün təşəkkür edir, yeni uğurlar diləyirəm”! 

Komitə sədri Ə.Əliyevə Qarabağ motivli xatirə hədiyyəsi bağışlayıb. Ə.Əliyev səmimi görüş və QMƏVŞAİB və ictimai birliyin Tovuz rayon şöbəsi ilə əməkdaşlığa görə Q.Paşayevaya təşəkkür edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir