Azərbaycan Türkiyədən “Hürkuş” tipli, hərbi təlim üçün nəzərdə tutulan yeni təyyarə alıb.
Defakto.az xəbər verir ki, dekabrın 3-də Azərbaycan ordusunun Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı təyyarəyə baxış keçiriblər.
Azərbaycanlı və türkiyəli pilotlar təyyarənin üzərində iki ölkənin bayrağını dalğalandırıblar.
“Bu gün Azərbaycanda “Hürkuş” uçurduq”, – deyə C.Bağçı “Twitter” hesabından fotolar paylaşıb.