Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb | DEFAKTO.AZ Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb – DEFAKTO.AZ

Azərbaycan Türkiyədən yeni hərbi təyyarə alıb

53

Azərbaycan Türkiyədən “Hürkuş” tipli, hərbi təlim üçün nəzərdə tutulan yeni təyyarə alıb.

Defakto.az xəbər verir ki, dekabrın 3-də Azərbaycan ordusunun Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı təyyarəyə baxış keçiriblər.

Azərbaycanlı və türkiyəli pilotlar təyyarənin üzərində iki ölkənin bayrağını dalğalandırıblar.

“Bu gün Azərbaycanda “Hürkuş” uçurduq”, – deyə C.Bağçı “Twitter” hesabından fotolar paylaşıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir