Şəhidlər dəfn olundu – Fotolar | DEFAKTO.AZ Şəhidlər dəfn olundu – Fotolar – DEFAKTO.AZ

Şəhidlər dəfn olundu – Fotolar

57

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda ötən gün qəzaya uğraması nəticəsində şəhid olan 14 hərbçi dəfn olunub.

Defakto.az xəbər verir ki, onlardan 11-nin cənazəsi II Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

Yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mərasimdə iştirak edib. 

Digər üç şəhid – polkovnik Fizuli Cavadov Zirə qəsəbəsində, kapitan Xəyyam Əliyev Əmircan qəsəbəsində, baş leytenant Fərid Nağıyev isə Beyləqan rayonunda dəfn olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir