Azərbaycanda bu ərazilərdə qar yağacaq | DEFAKTO.AZ Azərbaycanda bu ərazilərdə qar yağacaq – DEFAKTO.AZ

Azərbaycanda bu ərazilərdə qar yağacaq

46

Oktyabrın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Defakto.az-a verilən məlumata əsasən, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Səhər yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var. Axşam isə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir