Bakıda idman zalında məşq edən idmançının ölümü ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Defakto.az saytı DEFAKTO.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, 1991-ci il təvəllüdlü Teymur Məmmədrzayevin Səbail rayonu ərazisində yerləşən idman zalında ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
19:17
Bakıda idman zalında məşq edən idmançının ölüm səbəbi açıqlanıb.
Zalın sahibi Ceyhun Vəliyev açıqlamasında bildirib ki, idmançının meyiti bu gün saat 13:00 radələrində zalın daxilində olan istirahət otağında tapılıb:
“Teymur Məmmədrzayev anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Ekspertizanın rəyinə görə, onun epilepsiyası tutub və vəfat edib”.
O qeyd edib ki, T.Məmmədrzayev yarışa hazırlaşırdı və zalda məşq edirmiş.
Bakıda fitnes məşqçisi vəfat edib.
Defakto.az-ın məlumatına görə, bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.
İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü idmançı yarışa hazırlaşırdı.
Onun ölüm səbəbi hələlik məlum deyil.