Azərbaycanda 1681 yeni yoluxma faktı qeydə alınıb | DEFAKTO.AZ Azərbaycanda 1681 yeni yoluxma faktı qeydə alınıb – DEFAKTO.AZ

Azərbaycanda 1681 yeni yoluxma faktı qeydə alınıb

50

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 681 yeni yoluxma faktı qeydə alınıb, 675 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Defakto.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 500 311 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 477 639 nəfər müalicə olunaraq sağalıb, 6 746 nəfər vəfat edib, aktiv xəstə sayı 15 926 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 168, ötən müddət ərzində isə ümumilikdə 5 014 141 test aparılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir