“Pezeşkian Azərbaycan türküdür” – Ərdoğan | DEFAKTO.AZ “Pezeşkian Azərbaycan türküdür” – Ərdoğan – DEFAKTO.AZ

“Pezeşkian Azərbaycan türküdür” – Ərdoğan

18

“Məsud Pezeşkianın qələbəsindən sonra İranla münasibətlərin müsbət və davamlı inkişafını gözləyirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Məsud Pezeşkian Azərbaycanəsilli türkdür. Təbrizdə türkcə danışır, amma kürd bölgələrinə gələndə orada kürdcə danışa bilir. Farscanı da yaxşı bilir.

Onunla əlaqə saxlayıb təbrik edəcəyəm. Ümid edirik ki, Türkiyə ilə İran arasında münasibətlər gələcəkdə daha da yaxşılaşacaq. Üstəlik, İran Türkiyənin bölgədə ən yaxşı əlaqələri olan ölkədir”, – Ərdoğan bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir