Suraxanıda Azərbaycan Polisi Günü – Fotolar | DEFAKTO.AZ Suraxanıda Azərbaycan Polisi Günü – Fotolar – DEFAKTO.AZ

Suraxanıda Azərbaycan Polisi Günü – Fotolar

21

Suraxanı rayonunda “2 İyul – Azərbaycan Polisi Günü” münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Vüqar Seyidov, RİHB-nin müavini və polis əməkdaşları iştirak ediblər.

Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli şəxsi heyəti peşə bayramı günü münasibətilə təbrik edib. Ş.Şəmşirli ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyini, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirib. O, qeyd edib ki, bu gün də dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şərait yaradılıb.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına ünvanlanmış təbrik məktubu səsləndirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək polis əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, daha da qüdrətlənməsi naminə xalqa şərəfli xidmətlərində onlara yeni-yeni uğurlar arzulayıb. RİH başçısı xalqımızın milli maraq və mənafelərinin, sabitliyin və əmin-amanlığın qorunmasında danılmaz rolu olan polis orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən danşıb, həmçinin vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə əminliyini bildirərək ölkəmizin davamlı və dayanıqlı inkişafından söz açıb.

Sonra bir qrup polis əməkdaşı Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir