Bakıda küçədə kişi özünü qaz borusundan asdı | DEFAKTO.AZ Bakıda küçədə kişi özünü qaz borusundan asdı – DEFAKTO.AZ

Bakıda küçədə kişi özünü qaz borusundan asdı

1




Bakıda intihar hadisəsi qeydə alınıb.

DEFAKTO.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. 59 yaşlı Elxan Qılman oğlu Dadaşzadə küçədə qaz borusundan məftillə özünü asaraq, həyatına son qoyub.

Məlumata əsasən, E.Dadaşzadə ailəsindən və qohumlarından ayrı tüfeyli həyat tərzi keçirib. Onun qaz borusundan asılmış meyitini qonşuları aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.