Gəncədə qanunsuz tikili sökülüb – FOTO/VİDEO | DEFAKTO.AZ Gəncədə qanunsuz tikili sökülüb – FOTO/VİDEO – DEFAKTO.AZ

Gəncədə qanunsuz tikili sökülüb – FOTO/VİDEO

7




Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

DEFAKTO.az nazirliyə istinadən xəbər verir ki, bu çərçivədə Gəncə şəhəri ərazisində qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.