Cəlilabadda ağır qəza: Xəsarət alanlar var | DEFAKTO.AZ Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – DEFAKTO.AZ

Cəlilabadda ağır qəza: Xəsarət alanlar var

7




Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“DEFAKTO.az” xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki VAZ-2107 markalı minik avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbilə dörd nəfər xəstəxananın Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.

Belə ki, 1985-ci il təvəllüdlü (kişi cinsli) şəxsə alt çənənin əzilmiş yarası, kürəkarxası nahiyəsinin qançırı, yuxarı sağ dirsəyin və sağ dizin irihəcmli əzilmiş yarası, 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxsə başın küt travması, üzün sağ səthinin şişkinliyi, səthi sıyrıqlar, 1997-ci il təvəllüdlü (kişi cinsli) şəxsə başın təpə nahiyəsinin əzilmiş yarası, yuxarı ətrafın küt travması, 1999-cu il təvəllüdlü (kişi cinsli) şəxsə sol əlin 4-cü daraq sümüyünün yerdəyişməyən sınığı diaqnozları təyin edilib.

Onlara zəruri tibbi yardımlar göstərildikdən sonra üç nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bir nəfərin isə stasionar müalicəsi davam etdirilir. Hazırda vəziyyəti qənaətbəxşdir.